Gəncənin İcra başçısı apteklərdə maska və spirt satışı ilə maraqlanıb

Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov və Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Əkbər İsmayılov xüsusi karantin rejimi qaydalarına əhali arasında hansı səviyyədə əməl olunmasını yerində araşdırıblar. Onlar səhər saatlarından başlayaraq şəhərin mərkəzi küçə və prospektlərindəki mövcud vəziyyətlə tanış olublar.

GancaPost saytı xəbər verir ki, xüsusi karantin rejimi qaydalarına əməl etməyərək küçəyə çıxan sakinlər, ən əsas da yaşlı insanlarla maarifləndirici söhbətlər aparılıb, ehtiyacı olanlara maska və əlcək təqdim olunub, şəxsi gigiyena qaydalarına əməl edilməsinin vacibliyi bir daha xatırladılıb. Yaşı 65-dən yuxarı olan sakinlərin evə göndərilməsi təmin olunub. Bununla yanaşı, tək yaşayan ahıl şəxslərin ünvan və əlaqə telefonları qeyd olunub, onlara qulluq xüsusi nəzarətə götürülüb.

Niyazi Bayramov və Əkbər İsmayılov bir sıra apteklərdə və ərzaq mağazalarında da olublar. Tibbi maska, əlcək və spirtin olub-olmaması ilə maraqlanan şəhər rəhbərinə bildirilib ki, tələbat yüksək olduğundan gündəlik olaraq satışa çıxarılan tibbi maskalar tez bir zamanda alınırlar. İri market və ərzaq mağazalarındakı vəziyyət isə qənaətbəxş qiymətləndirilib. Satıcı və içəridə olan az sayda alıcı ilə söhbət aparan Niyazi Bayramov kassaların önündə növbə gözləyərkən ara məsafəsi saxlamağın zəruriliyini bir daha xatırladıb. Həmçinin yarana biləcək süni qiymət artımı və digər neqativ hallarla bağlı qanuna müvafiq qaydada tədbir görüləcəyini obyekt sahiblərinin diqqətinə çatdırılıb.

Məlumat üçün bildirək ki, Gəncə Şəhər İcra Hakimiyyətində Konoravirusa Qarşı Mübarizə Qərargahının nümayəndələri, Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları, habelə "Şəhər, rayon İcra Hakimiyyətləri və Gəncə Şəhər Baş Polis İdarəsi əməkdaşlarından ibarət mobil qruplar"ı tərəfindən həyata keçirilən reyd və maarifləndirmə tədbirləri mütəmadi şəkildə davam etdirilir.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR