-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin giriş-çıxışında 8 polis postu qurulub

"2 000-dən çox vətəndaşın Gəncəyə giriş-çıxışına icazə verilməyib".

12:48:47 | 2020-03-30

Gəncə şəhərində giriş-çıxış postlarında xidmət davam etdirilir.

Bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan məlumat verilib.

Bildirilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən qəbul edilən xüsusi karantin rejiminin tələblərinə uyğun olaraq şəhər və rayonlara giriş-çıxış məhdudlaşdırılıb.

Bu baxımdan Gəncəyə digər şəhər və rayonlardan gələn vətəndaşlara məhdudiyyətlər yaranıb. Belə ki, xüsusi karantin rejimi dövründə qurulan polis postlarından fiziki şəxslərin və nəqliyyat vasitələrinin buraxılışı qaydasına əsasən Gəncə şəhərinə yalnız operativ nəqliyyat vasitələri, "Azərpoçt" MMC-yə məxsus olan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, yük daşıyan avtomobillərin sürücüləri və aidiyyəti sərnişinləri, təcili tibbi zərurətlə əlaqədar şəhərə gələn şəxslər və onlar ilə gələn ailə üzvləri (2 nəfərdən çox olmamaqla), Gəncədə yaşayan yaxın qohumu ölmüş şəxslər və qaydada göstərilən digər tələblərə cavab verən şəxslər istisna olmaqla vətəndaşların şəhərə girişi məhdudlaşdırılıb.

Gəncəni tərk etmək istəyən yerli sakinlərə də qeyd edilən istisnalar olmadıqda şəhərdən çıxışa icazə verilməyib.

Qeyd edək ki, məhdudlaşma tətbiq edilən gündən indiyə qədər ümumilikdə 2 000-dən çox vətəndaşın Gəncə şəhərinə giriş-çıxışına icazə verilməyib.

Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları xüsusi karantin rejiminin tələblərindən irəli gələrək gücləndirilmiş iş rejimində çalışır. Şəhərin 8 müxtəlif əraziisndə giriş çıxışın məhdudlaşdıırlması ilə bağlı polis postları qurulub.


ETİKET :  

Daha Çox