-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncənin Avtomobil bazarında qiymətlər yenə qalxdı

Maşın bazarında qiymətlər "od tutub yanır".

12:01:11 | 2019-08-25

Gəncənin Avtomobil bazarında qiymət artımı müşahidə olunur. Xüsusən də Almaniya istehsalı olan avtomobillərin qiymətində 1000-1500 manat arasında artım var. Odur ki, bazarda alıcılar qiymətlərin baha olmasından, satıcılar isə alıcı azlığından şikayətlənir.

GancaPost saytı xəbər verir ki, qiymət artımı hər markadan olan avtomobillərdə müşahidə olunur. Bu səbəbdən də Gəncənin Avtomobil bazarında durğunluq yaşanır. Satıcılar bildirir ki, avtomobillərin qiyməti hər ay artır. Belə ki, son 3 ayda hər bir avtomobilin qiymətində 500-1500 manat civarında artım qeydə alınıb.

Bazarda ən çox tələb isə mühərrik həcmi kiçik olan, yəni benzin az tələb edən avtomobillərədir. Bu tələb də məhz bu kateqoriyadan olan avtomobillərin qiymətini artırır.

Məlumata görə, alıcılar indi daha çox ehtiyat hissələri ucuz olan avtomobil almağa üstünlük verir. Almaniya istehsalı olan avtomobillərə tələbat çox olduğu üçün bu maşınların da qiyməti qalxıb.

Rusiya istehsalı olan kondisionersiz avtomobillərin də qiyməti bahalaşıb.

Satıcıların sözlərinə görə, payıza doğru bazarda canlanma olmasına baxmayaraq, qiymətlərin ucuzlaşacağı gözlənilmir.


ETİKET :  

Daha Çox