-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gənc Maarifçilər “Comərdi Qəssab” türbəsi ətrafında iməclik keçirib

Gəncə Maarif Evi “Comərdi Qəssab” türbəsi ətrafında iməclik keçirib.

16:11:58 | 2021-04-18

GancaPost.info xəbər verir ki, "Gəncə Maarif Evi" İctimai Birliyi "Vətən Yaxşı" layihəsi çərçivəsində Gəncə Dövlət Tarix-Mədəniyyət Qoruğunun dəstəyi ilə 18 aprel Beynəlxalq Abidələr və Tarixi Yerlərin mühafizəsi günü ilə əlaqədar Qədim Gəncə ərazisində yerləşən "Comərdi Qəssab" türbəsi ətrafında iməclik təşkil olunub.
İməclik çərçivəsində türbə ətrafında təmizlik işləri aparılıb, ərazi məişət tullantılarından təmizlənib.
Daha sonra gənc maarifçilər tərəfindən türbənin ətrafına Gəncənin simvolu hesab olunan çinar ağacları əkilib. Ekskursiya da gənc maarifçilərlə yanaşı şəhərin ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Qeyd edək ki, hər il aprelin 18-i dünyada Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü kimi qeyd olunur. Bu əlamətdar gün Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi üzrə UNESCO tərəfindən 1983-cü ildə təsis olunub. Məqsəd insanların diqqətini abidələrin və tarixi yerlərin qorunmasına yönəltməkdir.


ETİKET :  

Daha Çox