-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə məscidlərində bayram namazı qılınıb

Gəncədə bayram namazı qılınıb.

12:41:00 | 2019-08-12

Azərbaycanın hər bir bölgəsində olduğu kimi, Gəncə şəhərində də Qurban bayramı münasibətilə bayram namazı qılınıb.

Bayram namazı Gəncə şəhərinin bütün məscidlərində eyni vaxtda başlayıb.

Qurban bayramında hər bir imkanlı müsəlman qurban kəsib onun ətini imkansızlara, kasıblara paylamalıdır.
Qurbanlığın şərtlərindən biri də Qurban bayramı günü bayram namazının qılınmasıdır. Yüzlərlə şəhər sakininin qatıldığı bayram namazında dualar edilib, Allahdan mərhəmət, əmin-amanlıq və ruzi-bərəkət dilənilib.

Qeyd edək ki, Qurban bayramı ilə əlaqədar Azərbaycanda avqust ayının 12-i və 13-ü qeyri-iş günüdür.


ETİKET :  

Daha Çox