-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəlilər Yaşar Vahabzadənin təyinatını istəmir?

Bir qrup Gəncə azarkeşləri Vahabzadənin təyinatını qəbul etmir.

12:51:56 | 2019-07-29

"Kəpəz"ə yeni baş məşqçi təyin olunan Yaşar Vahabzadənin orada işləməsi çətin görünür.

Bir qrup Gəncə azarkeşləri Vahabzadəni qəbul etmir. Şəhərin futbol ictimaiyəti bundan narahatçılığını gizlətmir. İstər sosial şəbəkələrdə, istər müəyyən saytlarda, istərsə də şəhərin futbol dairələrində bu haqda geniş müzakirələr gedir.

Azarkeşlər komandanın başında gəncəli məşqçini, daha da konkretləşdirsək, Mehman Allahverdiyevi görmək istəyir.

Qeyd edək ki, bir müddət öncə Mehman Allahverdiyev sport7.az saytına açıqlama verib. Açıqlamasında gözlədiyini qeyd edir: 

"Gəncə futbolunun gələcəyi ilə bağlı mənimlə də müəyyən danışıqlar olub. Mən də öz növbəmdə hər zaman olduğu kimi, Gəncə futboluna canla başla xidmət etməyə hazır olduğumu bildirmişəm. Mənə böyük etimadın bəslənildiyi qeyd olunub. İnanıram ki, tezliklə əvvəlki vəzifəmə bərpa olunacam. O vaxtdan gözləyirik.
Gəncədə futbolun dirçəlişi gözlənilir. Mənim bu işdə əməyimin olub-olmayacağını isə təbii ki, zaman göstərəcək. Hər şey Mehman Allahverdiyevdən asılı deyl. Mən həm məşqçi kimi sözümü demişəm, həm də idarəedici kimi nəyə qadir oduğumu göstərmişəm. Bunu qədirbilən Gəncə camaatı yaxşı başa düşür. Ümid edirəm ki, azarkeşlərin arzu və istəkləri, futbol funksionerlərinin planları ilə üst üstə düşəcək. Bizə isə hələki gözləmək qalır.”


ETİKET :  

Daha Çox