-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəlilər səhərədək Ordumuzun qələbəsini qeyd ediblər

Gəncəlilər səhərədək Ordumuzun qələbəsini qeyd ediblər.

17:08:08 | 2020-11-10

GancaPost.info xəbər verir ki, Prezident İlham Əliyevin xalqa müraciətindən sonra Gəncə sakinləri də tarixi qələbəni səhərədək əllərində bayraqlarla qeyd ediblər.

Azərbaycan Ordusunun sentyabrın 27-də başladılan cəbhə boyu əks-hücum əməliyyatı Ermənistanın kapitulyasiyası ilə nəticələnib. Noyabrın 9-da Dağlıq Qarabağda əməliyyatların dayanması ilə bağlı Azərbaycan, Rusiya və Ermənistan arasıda bəyanat imzalanıb.

Gecə saatlarından əllərində üç rəngli dövlət bayrağı ilə küçələrə çıxan sakinlər "Qarabağ Azərbaycandır!", “Şəhidlər ölməz, Vətən bölünməz!” kimi şüarlar səsləndiriblər.


ETİKET :  

Daha Çox