-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəlilər hərəkətə keçdi - Mehman Allahverdiyev qayıtsın!

‘Kəpəz’ futbol klubunun son dövrdəki uğursuzluğu Gəncəliləri ciddi narahat edir.

02:52:32 | 2018-12-14

GencePost xəbər verir ki, bu yaxınlarda klubda rəhbərliyin istefa verməsi və bir sıra postların boş qalması yerli azarkeşləri hərəkətə gətirib.

Bir qrup insan sosial şəbəkələrdə online aksiya təşkil edərək Gəncə futbolunun ‘xaç atası’ hesab olunan Mehman Allahverdiyevi yenidən klubun başında görmək istədiklərini bildiriblər.

Bununla bağlı şəhər sakinləri, eləcə də Gəncədəki bəzi fan-klublar aksiya təşkil edərək rəhbərliyə Mehman Allahverdiyevin gətirilməsini istəyirlər. Sosial şəbəkələrdə #MehmanAllahverdiyevKəpəzə həştəqi ilə paylaşımlar edilməkdədir.


ETİKET :  

Daha Çox