-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəli veteran futbolçu işsizlikdən medallarını satır

Gəncəli veteran futbolçu Fazil Pərvərov işsizlikdən medallarını satışa çıxardı.

12:42:04 | 2019-10-15

GancaPost saytı xəbər verir ki, “Kəpəz”in veteran futbolçusu Fazil Pərvərov sosial şəbəkədə maddi durumu ilə bağlı paylaşım edərək AFFA-ya, həmçinin ictimaiyyətə müraciət edib:

“Kəpəzin uğurları üçün tər töküb amma illərdir heç bir yerdə işləməyən, 3 dəfə Azərbaycan çempionu, bürünc, gümüş mükafatçısı, Azərbaycan kubokunun və Azərbaycan çempionatının bombardiri, “Kəpəz”in heyətində ən çox qol vuran futbolçu, Milli Komandasının sabiq üzvü Fazil Pərvərov, işsiz olduğum üçün, iş tapa bilmədiyim üçün AFFA-nın mənə verdiyi medalları satıram”.

Xatırladaq ki, bir müddət öncə Fazil Pərvərov təqaüdünün mənimsənildiyini və AFFA Futbol Veteranları İttifaqının sədri Oqtay Abdullayevin həmin pulun verilməsini vəd etsə də, təqaüdün hələ də ona çatmadığını bildirib.

Qeyd edək ki, illərdir işsiz olan Fazil Pərvərov kimi digər gəncəli veteran futbolçu Rövşən Əhmədov da maddi problemlər içərisində yaşayır.


ETİKET :  

Daha Çox