-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəli Ukrayna Baş prokurorunun müavini təyin edilib

Gəncəli Ukrayna Baş prokurorunun müavini təyin edilib.

22:30:01 | 2019-10-18

Ukraynanın Baş prokuroru Ruslan Ryaboşapka Krım Muxtar Respublikasının prokuroru vəzifəsini daşıyan gəncəli Gündüz Məmmədovu Ukrayna Baş Prokurorunun müavini təyin edib.

GancaPost saytı Ukrayna mediasına istinadən xəbər verir ki, Ryaboşapka müvafiq əmri 18 oktyabr tarixində imzalayıb.

Qeyd edək ki, Gündüz Aydın oğlu Məmmədov 1974-cü ilin oktyabr ayının 26-da Gəncə şəhərində mərhum iqtisadçı-alim Aydın Məmmədovun ailəsində doğulub. O, İ.Meçnikov adına Odessa Dövlət Universitetinin hüquq fakültəsini bitirib.

Odessa şəhərindəki Primorsk rayonu prokurorunun köməkçisi, müavini, birinci müavini, Odessa şəhəri prokurorunun müavini, Kiyev vilayət şöbəsinin prokuroru, Ukrayna Prokurorluğu Akademiyasının baş elmi işçisi, Dnepr rayon İstintaq şöbəsinin rəisi, Odessa şəhərinin prokuroru və Odessa vilayətinin prokuror müavini vəzifələrində işləyib.

Gündüz Aydın oğlu Məmmədov hüquq elmləri namizədi və Ukraynanın böyük ədliyyə müşaviridir.


ETİKET :  

Daha Çox