-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəli tanınmış həkim koronavirusdan vəfat etdi

Gəncəli daha bir tanınmış həkim koronavirusdan vəfat edib.

23:13:00 | 2020-06-11

Gəncədə sayılıb-seçilən həkimlərdən biri olan Mehman Hüseynov bu gün vəfat edib.

GancaPost.info xəbər verir ki, bu barədə həkim-endokrinoloq Yeganə Muradova sosial media hesabında məlumat verib.

1970-ci il təvəllüdlü Gəncədə çalışan travmatoloq-ortoped Mehman Hüseynov bir müddətdir ki, covid-19 infesiyasından Bakıda xüsusi təyinatlı xəstəxanada müalicə alırdı.

Y.Muradova paylaşımında qeyd edib:

“Virusa inanmıram deyənlər, biz bu gün tələbə yoldaşımızı, kolleqamızı itirdik. Son ana qədər inanırdıq ki, o, sağalacaq. Allah rəhmət eləsin. Allah ailəsinə səbr versin”.


ETİKET :  

Daha Çox