-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncəli əməkdar rəssam Faiq Abdullayev vəfat edib

Gəncəli əməkdar rəssam Faiq Abdullayev vəfat edib.

22:12:42 | 2020-10-28

Gəncə şəhər Uşaq Rəssamlıq məktəbinin keçmiş müəllimi, Əməkdar rəssam Faiq Abdullayev 75 yaşında vəfat edib.

GancaPost.info xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib.

Faiq Nağı oğlu Abdullayev 9 may 1945-ci ildə Gəncə şəhərində dünyaya göz açıb. Təsviri sənət üzrə ilk ixtisas təhsilini Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində alıb. 1968-ci ildə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1976-cı ildə V.Muxin adına Leninqrad (Sankt-Peterburq) Ali Rəssamlıq Sənaye Məktəbini sənaye incəsənəti ixtisası üzrə bitirib.

1985-1998-ci illərdə Məhsəti Gəncəvi adına Gəncə Pedaqoji Texnikumunda rəsm müəllimi, Gəncə şəhər Arxitektura və İnşaat şöbəsində rəssam, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində direktor vəzifəsində çalışıb, Gəncə şəhər Tərtibat, Reklam və Dizayn Şöbəsində rəssam işləyib. Gəncə şəhərində fəaliyyət göstərən “Kəpəz” bədii yaradıcılıq istehsalat mərkəzində rəssam kimi fəaliyyətini davam etdirib, Gəncə şəhər Uşaq Rəssamlıq məktəbində müəllim işləyib.

Rəssamın Bakı (1995), Şəmkir (2015) və Gəncə (2015) şəhərlərində sərgiləri təşkil olunub. Fırça ustasının 2003-cü ildə Ukraynanın Odessa şəhərində sərgisi keçirilib.

Azərbaycanın və Ukraynanın fəxri fərmanlarına layiq görülən Faiq Abdullayev 2017-ci ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə “Əməkdar rəssam” fəxri adını alıb.

Allah rəhmət eləsin!


ETİKET :  

Daha Çox