-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Gəncə İşi"ndə daha 8 nəfərin cəzası azaldıldı

Gəncə hadisələrinə görə həbs olunmuş şəxslərdən daha 8 nəfərin cəzası azaldılıb.

23:03:53 | 2019-08-26

GancaPost-un məlumatına görə, avqustun 26-da Bakı Apellyasiya məhkəməsində Gəncə hadisələrinə görə həbs olunmuş şəxslər barədə qərar açıqlanıb. Qərarı Gəncə Apellyasiya Məhkəməsinin hakimləri verib.

Qərara əsasən, təqsirləndirilən şəxslərə CM-nin 220.1 (kütləvi iğtişaşların təşkili) maddəsi ilə verilən ittiham dəyişdirilib, CM-in 29.220.1 (kütləvi iğtişaşlarda iştiraka cəhd) maddəsinə tövsif olunub.

Sumqayıt Dövlət Universitetində müəllim işləyən Elman Quliyevin cəzası azaldılaraq - 8 ildən 5 ilə endirilib.

Digər təqsirləndirilən şəxslərin də cəzası azaldılıb. Riya Nuruzadə, Cabir Əzizova - 1 il 6 ay, Gülmirzə Nuruzadə, Sabir Əzizov, Eyruz Hacıyev, Fikrət Mirzəliyev və Səbuhi Rəcəbova 2 il 6 ay cəza kəsilib.

Məlumata görə, məhkəməyə jurnalistlər buraxılmayıb.


ETİKET :  

Daha Çox