-- Adversting 9 --
-- Adversting 10 --

“Gəncə İş Adamları” Birliyi təsis edilib

“Gəncə İş Adamları” (GİA) İctimai Birliyi təsis edilib.

06:27:31 | 2021-07-14

“Gəncə İş Adamları” (GİA) İctimai Birliyinin əsas məqsədi Gəncə şəhərində fəaliyyət göstərən sahibkarları vahid bir platforma ətrafında birləşdirməkdən ibarətdir.
GancaPost.info xəbər verir ki, bu barədə "Zaferoğlu İnşaat" Şirkətinin rəhbəri Zəfər Məmmədov açıqlama verib.
O qeyd edib ki, "Gəncə İş Adamları" Birliyi Gəncə şəhərində yeni müəssisələrin yaranmasına və işsizliyin aradan qaldırılması istiqamətində dəstək olacaqdır.
"Həm dövlət qurumları ilə düzgün və şəffaf münasibətlərin qurulmasında, həm də xarici investorların cəlb edilməsinə çalışacaqdır. Eyni zamanda bu platforma iqtisadi, sosial, mədəni əlaqələrin inkişaf etdirilməsində mühüm rol oynayacaqdır".


ETİKET :  

Daha Çox