Gəncədə özəl provayderlər kənarlaşdırılır

Sürətli və sabit internet keyfiyyətli həyat üçün əsas şərt olub. Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi 2017-ci ildən köhnə ADSL texnoloji rabitə xətlərini yeni GPON (Giqabayt Passiv Optikal Netvork) fiberoptik xətlərlə əvəz edir.

Nazirliyin kommersiya qurumu olan AzTelekom MMC mütəmadi olaraq rayon yerlərində ADSL-in GPON ilə əvəz edilməsi barədə məlumat verir.

Sonuncu belə məlumat telekommunikasiya infrastrukturunun yaxşılaşdırıldığı, optik lifli (fiber-optik) rabitə xətlərinin çəkildiyi Xaçmaz və Zardab rayonlarının kəndləri ilə bağlıdır.

Əslində, ölkədəki fərdi evlərin sakinləri zəif və qeyri-sabit internet alırlar. Bu barədə Gəncə sakini Orxan İsmayılov məlumat verib. O deyir ki, əgər çoxmərtəbəli binalarda fiber optik rabitə hər bir mənzilə qədər çəkilirsə, özəl binalarda bu mümkün deyil. AzTelekom küçədə öz avadanlıqları olan şkaf quraşdıra, ora fiber optik kabel çəkə bilər, ancaq şkafdan evlərə qədər əyilmiş taxta dayaqlardan mis məftil çəkilib. Buna görə də belə məhəllələrdə internetin keyfiyyəti ümumdövlət İnternet modernləşdirmə proqramına başlamazdan əvvəlki kimidir.

Problem həm də onunla ağırlaşır ki, son üç ildə AzTelekom özəl provayderləri, öz rəqiblərini Gəncədən sıxışdırıb çıxarır. Bu belə edilir: özəl provayderlər kanalizasiya xətlərindən və Gəncə Telekommunikasiya İdarəsinin və AzTelekom MMC-nin avadanlıqlarından istifadə etmək məcburiyyətindədir, ancaq bu təşkilatlar elə yüksək icarə haqqı təyin edib ki, özəl şirkətlərin bu maliyyə yükünə gücü çatmır. Abunəçi telekommunikasiya şkaflarını yenisi ilə əvəz edən Gəncə Telekommunikasiya İdarəsinin və AzTelekom MMC özəl şirkətlərin avadanlıqlarını ordan ayırır. Nəticədə provayderlər Gəncə bazarından çıxıb gedir.

İnsanlar 10-20 manata 2-4 meqabit/saniyə ADSL-internet almaq məcburiyyətindədir. İstifadəçilər köhnə texnologiyaya görə ödədikləri məbləğə uyğun müvafiq internet ala bilmir. Gəncədə isə başqa alternativ yoxdur. Bütün ölkədə də belədir.

"Abunəçi şkaflarının yenilənməsi kosmetikdir, əgər şkaflara qədər fiber optik kabel çəkilirsə, şkaflardan sonra istehlakçılara internet köhnə mis məftillərlə gedir. Bu yenilənməni natamam edir. İnsanları aldadırlar", - deyə Orxan İsmayılov qeyd edir.

O, AzTelekom və Antiinhisar Xidmətinə müraciət edib, şikayətinə baxılması və çatışmazlıqların aradan qaldırılması ilə bağlı şablon cavablar alıb.

Məsələ ilə bağlı Turan İnformasiya Agentliyi AzTelekom və Gəncə Telekommunikasiya İdarəsi ilə əlaqə saxlayıb. Hər iki strukturun ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsləri problemi dinləyərək, cavab verəcəklərini vəd edərək Orxan İsmayılovun məktubunu göndərməyimizi istədilər. Amma bir həftə keçib, hələ də cavab yoxdur.

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi hələ 2019-cu ildə Orxan İsmayılovun şikayəti ilə ona rəsmi məktub göndərib. Nazirlik Gəncə şəhər sakini Orxan İsmayılovun yazdığı şikayətə müraciətinə cavabı belə olub:

"Problem əhalinin operator seçimi imkanının olmamasında deyil, özəl operatorların avadanlıqlarının səviyyəsinin mövcud telekommunikasiya şəbəkəsinə uyğun olmamasındadır.

Bəzi provayderlər aparaturanın yenilənməsinin, onun yeni NGN texnologiyasına uyğunlaşdırılmasının zəruriliyi ilə bağlı çoxsaylı müraciətlərə baxmayaraq heç nə etməyiblər.

Rabitə, Nəqliyyat və Yüksək Texnologiyalar Nazirliyi Gəncədə mis kabellərin fiber optik kabellərlə əvəz edildiyi barədə məlumat verirdi. Quraşdırılan GPON texnologiyası internetin 100 meqabit/saniyə qoşulma sürətini, həmçinin müntəzəm telefon rabitəsini təmin edir.

İşlərin yenilənməsi zamanı qısa müddətli çətinliklər mümkündür, - deyə Nazirlik yazır.

Qurum etiraf edir ki, özəl rovayderlərin abunəçiləri internetsiz qalıb. Nazirlik inkar etmir ki, onun fəaliyyətinin nəticəsi olaraq özəl provayderlər telekommunikasiya bazarından getmək məcburiyyətində qalıb, AzTelekom və onun Gəncədəki törəmə müəssisəsi (Gəncə Telekommunikasiya İdarəsi) isə istehlakçılara öz qiymətini və xidmətini diqtə edən inhisarçılar olublar.

Əlavə edək ki, təsvir olunan vəziyyət təkcə Gəncədə deyil, ölkənin digər regionlarında da belədir. 2020-ci ilin avqust ayında Turan məlumat verirdi ki, "Avitel provayder şirkəti Aztelekom MMC-ni onu qanunsuz olaraq Sumqayıtdan sıxışdırıb çıxarmaqda ittiham edir".

AzTelekom əhali üçün bütün mənfi nəticələri ilə inhisarçı oldu. Ölkədə Antiinhisar Komitəsi var. Ancaq məlum olur ki, onun fəaliyyəti narazı istehlakçılara şablon, heç nə deməyən cavablar göndərməklə məhdudlaşır.

Məmurlar Antiinhisar fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanununun 4-cü maddəsinə diqqət yetirməlidir, orada deyilir: hökmran mövqe - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətdir. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR