-- Adversting 9 --
-- Adversting 10 --

Gəncə İdman sarayının tikintisinə çəkilən xərclər 20 milyon manatı keçib

Gəncədə idman sarayının tikintisinə çəkilən xərclər 20 milyon manatı keçib.

13:55:43 | 2021-08-12

Gəncə Şəhər İcra Hakimiyyəti idman sarayının inşasının davam etdirilməsi ilə bağlı elan etdiyi növbəti açıq tenderə yekun vurub.

Vahid dövlət satınalmaları portalındakı məlumata görə, tenderin qalibi yenə də "Rövşən Oğuz Qrup" MMC-dir.

Qalib şirkətə 5 milyon manat ödəniləcək.

Xatırladaq ki, bundan əvvəl sözügedən tikintiyə 2 tender üzrə 6,4 milyon manat və 9,4 milyon manat, ümumilikdə 15,8 milyon manat ayrılmışdı. Beləliklə, tikinti xərcləri 20,8 milyon manata çatıb.

"Rövşən Oğuz Qrup" həm də icra hakimiyyətinin Gəncədə teatr binasının tikintisi ilə bağlı elan etdiyi 2 açıq tenderin qalibidir. Bu iş üçün şirkətə 9,35 milyon manat və 16,9 milyon manat, ümumilikdə isə 26,25 milyon manat ayrılıb.

Beləliklə, iki obyektiin tikinti xərcləri 47,05 milyon manata çatıb.


ETİKET :  

Daha Çox