-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə İcra İdarəsinin rəisi işdən çıxarıldı

Nazir polkovniki vəzifəsindən azad edib.

00:46:33 | 2020-05-11

Ədliyyə Nazirliyi Gəncə üzrə İcra İdarəsinin rəisi Nizami Qocayev vəzifəsindən azad edilib.

Məlumata görə, bu barədə müvafiq əmri Ədliyyə Naziri Fikrət Məmmədov imzalayıb.

Əmrə əsasən, Nazirliyin Gəncə İcra İdarəsinin rəisi, polkovnik Nizami Qocayev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.
2016-cı ildən Ədliyyə Nazirliyi sistemində çalışan N.Qocayev ondan əvvəl DİN-də yüksək vəzifələrdə çalışıb.
O, DİN-in İstintaq İdarəsinin rəisi vəzifəsində çalışıb. 1999-cu ildə bir sıra ağır cinayətlərdə ittiham olunaraq, həbs edilib. Məhkəmə tərəfindən ona verilən cəzanın bir hissəsini çəkdikdən sonra 2002-ci ildə dövlət başçısı tərəfindən əfv olunub. Bəraət aldıqdan sonra isə yenidən Daxili İşlər orqanlarına bərpa edilib. Sonradan bir müddət İsmayıllı rayonunun Polis rəisi vəzifəsində çalışıb.

 


ETİKET :  

Daha Çox