Gəncə hadisəsində həbs olunanların Apellyasiya Məhkəməsi keçirilib

Gəncə hadisələrinə görə həbs olunan şəxslərin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinin işi məhkəməyə göndərilib. Hətta iki qrupa artıq hökm də oxunub. Onlar isə hökmdən narazı qalaraq Apellyasiya şikayəti veriblər. Gəncə Apellyasiya Məhkəməsinin hakimləri Bakı Apelyasiya Məhkəməsində onların şikayətinə baxırlar.

İyunun 4-də Bakı Apellyasiya Məhkəməsinin binasında hakim Çingiz Məmmədovun sədrliyilə 11 nəfərlik qrupun şikayətlərinə baxılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmüylə onlara 7 il 6 aydan 9 ilə qədər həbs cəzası verilib.

Budəfəki məhkəmə iclasında təqsirləndirilən 11 nəfərdən 4-ü - Toğrul Verdiyev, Seymur Əliyev, Orxan Yağnaliyev və Vaqif Əşrəfov ifadə verib. Çıxışçılar özlərini təqsirli bilməyərək, onlara qarşı irəli sürülən ittihamları qəbul etmədiklərini bildiriblər.

Növbəti proses iyun ayının 24-ü saat 14:30-da Bakı Apellyasiya Məhkəməsində keçiriləcək.

Qeyd edək ki, bu qrupa fevralın 22-də hökm oxunub. Gəncə Apellyasiya Məhkəməsinin hakimi Natiq Əliyevin sədrliyilə çıxarılan hökmə əsasən, 11 nəfərdən Araz Həsənov və Vaqif Əşrəfov 7 il 6 ay, Toğrul Verdiyev, Kamal Məhərrəmov, Nizami Əkbərov, Şahlar Rzayev, Tural Bayramov, Seymur Əliyev və Ruslan Həsənov 8 il, Orxan Yağnaliyev 8 il 6 ay, Maarif Hacıyev isə 9 il azadlıqdan məhrum edilib.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR