-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə 11 nəfər beynəlxalq axtarışa verilib

Baş Prokurorluq: Gəncə işi üzrə 11 nəfər barəsində beynəlxalq axtarış elan olunub

21:11:16 | 2019-07-31

İyulun 31-də Baş Prokurorluqda müşavirə zamanı 2018-ci ilin iyulunda Gəncədə baş vermiş hadisələr - Elmar Vəliyevə sui-qəsd və bunun ardınca baş verən iğtişaşlar müzakirə olunub.

Belə ki, 10 iyul 2018-ci il tarixdə Gəncə şəhərində bir qrup şəxs tərəfindən zorakılıq aktları, hakimiyyət nümayəndələrinə silahlı müqavimət göstərilməsi ilə müşayiət olunan kütləvi iğtişaş törədilməsi, 2 polis əməkdaşının qəsdən öldürülməsi və sair faktlar üzrə başlanmış cinayət işinin istintaqı davam etdirilərək, iş üzrə 61 nəfər təqsirləndirilən şəxs qismində cəlb olunmaqla barələrində həbs qətimkan tədbiri seçilib, onlardan 1 nəfər axtarışda olduğu dövrdə polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

GancaPost xəbər verir ki, bu barədə Baş Prokurorluqda keçirilən əməliyyat müşavirəsində bildirilib.

Qeyd edilib ki, "Gəncə işi" üzrə 1 nəfər barəsində isə axtarış tədbirləri davam etdirilir. Ümumilikdə, 2018-ci ilin noyabr ayından etibarən iş üzrə cinayəti törətdikdən sonra ölmüş təqsirləndirilən şəxs də daxil olmaqla 60 nəfər barəsində 8 cinayət işinin istintaqı tamamlanaraq aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib. 6 cinayət işi üzrə 44 şəxs barəsində ittiham hökmləri çıxarılaraq təqsirləndirilən şəxslər müxtəlif müddətlərə azadlıqdan məhrum etmə cəzalarına məhkum edilib, 16 nəfər barəsində 2 cinayət işi üzrə isə məhkəmə baxışı davam edir.

Belə ki, 3 iyul 2018-ci il tarixdə Yunis Səfərov və digərləri tərəfindən Gəncə şəhərində törədilmiş terror aktı, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işinin istintaqı peşəkarlıqla davam etdirilərək, ümumilikdə mütəşəkkil dəstənin 29 üzvünün Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində həbs qətimkan tədbirlərinin seçilməsi təmin edilib, həmin şəxslərdən 11-i barəsində beynəlxalq axtarış elan olunub.


ETİKET :  

Daha Çox