-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə həbs olunan şəxs vəfat edib - AÇIQLAMA

Gəncə hadisələrinə görə həbs olunan şəxs ölüb - AÇIQLAMA

14:02:46 | 2019-09-30

Penitensiar Xidmət məhkum Eşqin Quliyevin ölməsi faktı ilə bağlı açıqlama verilib.
Qurumun mətbuat xidmətinin rəhbəri Mehman Sadıqov açıqlamasında bildirib ki, Eşqin Zahid oğlu Quliyev Penitensiar Xidmətin tabeliyində olan müəssisəyə daxil olduğu gündən onda bir sıra infeksion viruslu xəstəliklər müəyyən edilib.
“Bir müddətdir ki, Eşqin Quliyev Penitensiar Xidmətin Müalicə Müəssisəsində bir sıra infeksion viruslu xəstəliklərdən müalicə alırdı.
Sentyabrın 29-da isə uzun müddətli intensiv müalicələrə baxmayaraq vəfat edib. Onun ölüm səbəbi kimi İİV infeksiyası 4-cü klinik mərhələ, viruslu Heptatit C, anemiya, dərin koma fonunda ağciyər-ürək çatışmazlığı diaqnozu qoyulub”, M.Sadıqov bildirib.

Qeyd edək ki, E.Quliyevin meyiti prokurorluq tərəfindən məhkəmə tibbi ekspertizadan keçirilib. Məhkumun nəşi artıq ailəsinə verilib.
Xatırladaq ki, E.Quliyev Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 20 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bu ilin iyul ayının 10-da digər Gəncə məhbusu Aydın Qurbanov da Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. O, mədə xərçəngindən əziyyət çəkirdi.


ETİKET :  

Daha Çox