-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə həbs edilənlərdən 4 nəfər azadlığa çıxıb

Gəncə hadisələrinə görə həbs olunan 4 nəfər şəxs bəraət alaraq azadlığa buraxılıb.

18:51:27 | 2019-08-09

GancaPost saytı xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində Gəncə hadisələri ilə bağlı həbs olunan şəxslərdən bir qrupunun növbəti məhkəmə prosesi keçirilib.

Prosesdə çıxış edən dövlət ittihamçısı yumşaldıcı mövqe nümayiş etdirib. Müşavirədən sonra məhkəmə 4 nəfəri məhkəmə zalından azadlığa buraxıb.

Məmmədtağıyev Kamal Qabil oğlu
Qurbanzadə Rauf Arif oğlu
Seyidov Mireşqin Nazim oğlu
Hüseynov Qadir Fazil oğlu

Xatırladaq ki, Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Baş Prokurorluğun yaydığı məlumata görə, 8 qrupun işi məhkəməyə göndərilib. Bu qruplarda ümumilikdə 60 nəfər təqsirləndirilən şəxs var. Onlardan da 6 qrupa hökm oxunub, həmin işlər hazırda Apellyasiya məhkəməsində araşdırılır. Daha 2 qrupun işi üzrə birinci instansiya məhkəməsində araşdırmalar davam edir. «Gəncə işi» üzrə 11 nəfər də beynəlxalq axtarışa verilib.


ETİKET :  

Daha Çox