-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə həbs edilənlər Apellyasiya şikayəti veriblər

Gəncə Apellyasiya Məhkəməsinə müraciət edən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

15:04:56 | 2019-05-03

Gəncə hadisələri ilə bağlı həbs edilən Elman QuliyevRiya NurizadəCabir Əzizov və Fikrət Mirzəliyev barələrində olan hökmdən Apellyasiya şikayəti veriblər.

GancaPost-un məlumatına görə, Gəncə Apellyasiya Məhkəməsinə müraciət edən şəxslər barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.

Şikayət hakim Əlizamin Abdullayevin sədrliyi ilə araşdırlır. Proses Bakı Apellyasiya Məhkəməsində keçirilir.

Qeyd edək ki, rəsmi məlumata əsasən, Gəncə hadisələri ilə bağlı təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə C.Əzizov 5 il, R.Nurizadə 5 il, E.Quliyev 8 il və F.Mirzəliyev 6 il müddətinə azadlıqdan məhrum edilib.


ETİKET :  

Daha Çox