-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə həbs edilən 4 nəfərə hökm oxunub

Gəncə hadisələrinə görə həbs edilən daha bir qrup şəxsə hökm oxunub.

13:11:10 | 2019-05-10

Gəncə hadisələri ilə bağlı həbs edilən Yavər İsmayılzadə, Aydın Rüstəmov, Elvin Əliyev və Zabil Cümşüdovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

GancaPost-un məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Elmin Rüstəmovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, Y. İsmayılzadə 9 il, A. Rüstəmov 8 il, E. Əliyev 6 il, Z. Cümşüdov isə 8 il müddətinə azadlıqdan məhrum ediliblər.

Hökm Sabunçu rayon Məhkəməsinin inzibati binasında elan edilib.

Qeyd edək ki, Gəncə hadisələri ilə bağlı, təxminən, 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.

Xatırladaq ki, bir neçə qrupun cinayət işi hazırda Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən araşdırılır.


ETİKET :  

Daha Çox