-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə daha 7 nəfərə hökm oxunub

Gəncə hadisələrinə görə tutulan daha bir qrup şəxsə hökm oxunub.

17:09:37 | 2019-09-19

Sentyabrın 19-da «Gəncə İşi» üzrə təqsirləndirilən qruplardan daha birinin məhkəməsi olub.

Proses Sabunçu rayon Məhkəməsində getsə də, işi Gəncədən olan hakim Xəqani Səmədov aparırdı.

Təqsirləndirilənlərdən Oktay Hüseynzadə 18 il, Eşqin Quliyev 20 il, Rauf Bayramov 9 il, onun oğlu Hüseyn Bayramov 2 il, Abbas Abbasov 7 il, Elşən Quliyev 7 il, Urfan Məmmədov da 18 il həbs cəzası alıb.

Prosesə qatılan təqsirləndirilən şəxslərin yaxınları hökmdən etiraz edəcəklərini bildiriblər.

Qeyd edək ki, Gəncə hadisələrinə görə həbs olunan 80-ə yaxın şəxsin işi bir neçə qrupa ayrılıb. Onların əksəriyyətinə hökm oxunub, 6 ildən 11 il 6 ayaq qədər həbs cəzası verilib. Sonradan Apellyasiya məhkəməsində cəzalar 11 il 6 aydan 5 il 6 aya qədər azaldılıb, 6 nəfər məhkəmə zalından azadlığa buraxılıb.

Gəncə hadisələri ilə bağlı, təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.


ETİKET :  

Daha Çox