-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələrinə görə bir nəfər azadlığa çıxdı, 5 nəfərin cəzası azaldıldı

Gəncə hadisələrinə görə bir nəfər azadlığa çıxdı, 5 nəfərin cəzası azaldıldı.

16:08:03 | 2019-08-30

Gəncə hadisələrinə görə həbs olunmuş daha bir nəfər - Nemət Heydərli məhkəmə zalından azadlığa buraxılıb. Onunla birlikdə mühakimə olunan 5 nəfərə - Elman RüstəmovElvin AllahverdiyevElvin NəzərovVüqar Xudiyev və Renat Məmmədova Gəncə Ağır Cinayətlər Məhkəməsinin kəsdiyi cəza isə azaldılıb. Bu qərar avqustun 30-da Bakı Apellyasiya Məhkəməsində elan edilib.

Adları çəkilən şəxslərə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 6 ildən 8 ilə qədər həbs cəzası verilmişdi. Onlar CM-in 220.1 (kütləvi iğtişaşların təşkili) və 315.2 (hakimiyyət nümayəndəsinə həyat və sağlamlığı üçün təhlükəli olan zor tətbiqi) maddələri ilə ittiham olunurlar. Gəncədə ötən il icra başçısının güllələnməsindən sonra iyulun 10-da keçirilən aksiyanın təşkilində, orada polislərə xəsarət yetirməkdə suçlanırlar.

Yeni qərarla həm ittiham maddələri dəyişib, həm də cəzalar azaldılıb – E.Allahverdiyev, E.Nəzərov, V.Xudiyev və R.Məmmədova 220-ci maddə ilə verilən ittiham 29.220.1 (kütləvi iğtişaşda iştiraka cəhd) maddəsinə tövsif olunub. E.Allahverdiyevin cəzası 4 ilə, V.Xudiyevin cəzası 3 ilə, E.Nəzərov və R.Məmmədovun hər birinin cəzası isə 2 il 6 aya endirilib.

Təqsirləndirilən E.Rüstəmova 220.1 maddəsi ilə irəli sürülmüş ittiham olduğu kimi saxlanıb. Ancaq 315.2 maddəsi ilə verilən ittiham həmin maddənin birinci bəndinə tövsif olunub. Cəzası da 8 ildən 5 ilə endirilib.

Azadlığa buraxılan N.Heydərliyə gəlincə, ona 1 il cəzası kəsilib və müddət tamam olduğuna görə məhkəmə zalından azadlığa buraxılıb.


ETİKET :  

Daha Çox