-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə hadisələri”nə görə tutulan 4 nəfər azadlığa buraxılıb

Gəncə hadisələri ilə bağlı növbəti qrupun məhkəməsi olub.

14:22:01 | 2019-09-30

Bakının Sabunçu rayon məhkəməsində "Gəncə İşi" üzrə təqsirləndirilən növbəti qrup barəsində hökm çıxarılıb.

Dörd nəfər təqsirləndirilən şəxs azadlıqdan məhrumetmə cəzası alıb, dörd nəfər isə şərti cəza alıb. Məhkəmə Bəhram Əliyevi 15 il, Həbib Qurbanovu 8 il, Mirzə Hüseynov və Asif Cavadovu 5 il müddətinə azadlıqdan məhrum edib.

Eyni zamanda, şərti cəza alan Şahin Verdiyev, Elmir Hüseynzadə, Vüqar Yusifov və Emil Məmmədov məhkəmə zalında azad edilib.

Müttəhimlər kütləvi iğtişaşların təşkilində və onlarda iştirakda, polis əməkdaşlarına qarşı güc tətbiq etməkdə ittiham olunurlar.

İşə Gəncə Ağır Cinayətlər Məhkəməsi Bakının Səbail Rayon Məhkəməsinin binasında baxırdı.


ETİKET :  

Daha Çox