-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə hadisələri”nə görə həbs olunan bəzi şəxslər əfv edildi

"Gəncə hadisələri"ndə təqsirli bilinən iki nəfər əfv edilib.

16:09:58 | 2021-03-18

GancaPost.info xəbər verir ki, Prezident İlham Əliyevin "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncamına əsasən Allahverdiyev Elvin Nəriman oğlu və Xudiyev Vüqar Mənsur oğlu cəzanın çəkilməmiş hissəsindən azad ediliblər.

Gəncə hadisələrinə görə həbs olunan Ülvi Saləddin oğlu Həsənovun isə cəzasının çəkilməmiş hissəsi yarıyadək azaldılıb.

Xatırladaq ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə (artıq həmin vəzifədə çalışmır) və onu mühafizə edən polis serjantına silahlı sui-qəsd olub, onlar xəsarət alıblar. Sui-qəsdi törətdiyi bildirilən Y.Səfərov həbs edilib.

Sui-qəsd hadisəsindən bir həftə sonra - iyulun 10-da Gəncənin mərkəzi meydanında keçirilən aksiyada iki polis polkovniki qətlə yetirilib. Bu hadisələrə görə 80 nəfərə qədər şəxs cinayət məsuliyyətinə cəlb olunub. Bir neçə qrup üzrə məhkəmə hökmləri elan edilib.


ETİKET :  

Daha Çox