-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə hadisələri”nə görə daha bir məhkəmə başlayır

Gəncə hadisələri ilə bağlı tutulan daha iki nəfərin cinayət işi məhkəməyə göndərilib.

17:32:43 | 2020-07-06

Gəncə hadisələri ilə bağlı tutulan daha iki nəfər barəsində olan cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

GancaPost.info xəbər verir ki, APA-nın məlumatına görə, Yusif Sadıxov və Müşfiq Qurbanovun barəsində olan cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

İş üzrə zərərçəkən şəxs qismində Gəncə şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşı Qasım Aşbazov tanınıb.

Qeyd edək ki, rəsmi məlumata əsasən, 2018-ci ilin iyul ayında baş verən Gəncə hadisələri ilə bağlı təxminən 80 nəfər cinayət məsuliyyətinə cəlb olunub, barələrində axtarış elan edilənlər də var.


ETİKET :  

Daha Çox