-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə hadisələri bağlı daha bir iş - Məhkəmədə

Gəncə hadisələri ilə bağlı həbs olunan daha bir nəfərin cinayət işi məhkəməyə göndərilib.

19:16:52 | 2019-08-02

Gəncə hadisələri ilə bağlı həbs olunan Pərviz Bayramovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Məlumata görə, təqsirləndirilən şəxs barəsindəki cinayət işinin materialları baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Məhəmməd Bağırovun icraatına verilib.

Məhkəmin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək.

Qeyd edək ki, P. Bayramov 3 iyul 2018-ci il tarixdə Yunis Səfərov və digərləri tərəfindən Elmar Vəliyevə qarşı törədilmiş sui-qəsd, qəsdən adam öldürməyə cəhd, hakimiyyətin zorla ələ keçirilməsinə yönələn hərəkətlər və sair faktlarla bağlı başlanmış cinayət işi üzrə saxlanılıb. Ona Cinayət Məcəlləsinin 228.3-cü (mütəşəkkil cinayətkar dəstə tərəfindən qanunsuz olaraq odlu silah, döyüş sursatı əldə etmə, başqasına vermə, satma, saxlama, gəzdirmə, daşıma), 232.3-cü (odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə-qorxu ilə tələb etmə, mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddələri ilə ittiham verilib.


ETİKET :  

Daha Çox