-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncə futbolu niyə məhv edilir?

Gəncənin "Kəpəz” klubunun gələcək taleyi qeyri müəyyəndir.

02:58:49 | 2019-06-16

Sport7.az-ın məlumatına görə, AFFA ilə Gəncə rəhbərliyi "Kəpəz”in gələcəyi ilə ortaq məxrəcə gələ bilməyiblər. Bu isə "Kəpəz”in növbəti mövsümdə də divizionun zirzəmisində sürünəcəyi anlamına gəlir.
Bu ilin əvvəlində İslam Abbasovu "Kəpəz”dən uzaqlaşdıran AFFA Vaqif Sadıqovu Gəncəyə təhkim etmişdi. Əvvəlcə "Kəpəz”in gələcəyi ilə bağlı iddialı danışan Sadıqov çox keçmədi ki, geri addım atdı, çiyinlərini ağır yükün altından çəkdi. Güman ki, Məşqçilər Komitəsinin sədri vəzifəsini də icra edən Vaqif bəy AFFA-nın "Kəpəz”ə böyük pullar ayırmayacağını başa düşdüyündən özünə odun içinə atmaq istəmədi.
Ötən müddət ərzində Vaqif Sadıqovu Gəncədə gördüm deyən də olmayıb. Hazırda "Kəpəz”in kim tərəfindən idarə olunduğu bilinmir. AFFA şəhər stadionunda təmir işləri aparılması üçün tender elan etsə də, onun nəticələri barədə də hansısa açıqlama yoxdur.
Bu yaxınlarda "Kəpəz”in stajlı azarkeşlərindən sayılan, "Xəmsə” fan-klubunun yaradıcısı Adil Məmmədov dünyasını dəyişdi. Mərhumun cənazəsi Gəncə şəhər stadionuna aparıldı, azarkeşlər Adil dayı ilə vidalaşdılar. Amma vida mərasimində "Kəpəz” rəhbərliyindən heç kim gözə dəymədi (mətbuta katibi istisna olmaqla). Çətin gündə azarkeşlərlə bir sırada dayanacaq klub rəsmisinin olmaması da "Kəpəz” adına acınacaqlı məqamdır.
Bütün bunlar "Kəpəz”in gələcəyi üçün yaxşı heç nə vəd etmir. Klubun gələn mövsüm mühasibin olmaması da gözləniləndi. Çünki bir vaxtlar AFFA tərəfindən "ən yaxşı klub mühasibi” kimi mükafatlandırılan Mənsurə Musayeva da "Kəpəz”dəki işini yeni mövsümdən itirəcək. Təcrübəli xanım mühasibi yaşını bəhanə gətirərək işindən uzaqlaşdırılacaq.
Xatırladaq ki, "Kəpəz”dəki yeyinti faktları üzə çıxanda Musayeva "Mikayıl müəllim mənə deyirdi ki, AFFA-nın baş katibi Elxan Məmmədovun hər şeydən xəbəri var” açıqlamasıyla gündəmə gəlmişdir.


ETİKET :  

Daha Çox