Gəncə futbolu ilə bağlı Prezidentə müraciət olunub

GancaPost xəbər verir ki, Xəmsə Fan Klubundan verilən məlumata görə, "Kəpəz" komandasının əvvəlki əzəmətinin geri qaytarılması, komandanın Azərbaycan Premyer Liqasında çıxışının təmin olunması üçün gəncəli ziyalılar və futbol azarkeşləri adından Prezident İlham Əliyevə müraciət ünvanlanıb.

Məktubda gəncəlilər ölkə başçısından Azərbaycanın ikinci böyük şəhəri və futbolunun "Məkkə"si adlandırılan şəhərə futbolun qaytarılmasında yardım etməsini xahiş ediblər.

"Hazırda Gəncədə futbol yox səviyyəsindədir. Son illərdə "Kəpəz" klubunun aşağı liqaya göndərilməsi, komandada maddi-texniki bazanın aşağı olması, Gəncə stadionunun baxımsız və təhlükəli vəziyyətinə biganəlik və ümumiyyətlə "Kəpəz"ə qarşı ögey münasibət bizim, eləcə də bütün Gəncə əhlinin ən ağrılı yeridir. Biz əvvəllər olduğu kimi, indi də komandamızın Azərbaycan Premyer Liqasında çıxış etməsini, 20 mindən artıq "Kəpəz" azarkeşinin Gəncə şəhər stadionunda çiyin-çiyinə doğma komandalarını qələbələrə səsləməsini istəyirik.

Qeyd edək ki, Prezident İlham Əliyevə ünvanlanmış məktub gəncəli ziyalılar, elm-mədəniyyət və idman xadimləri və sadə vətəndaşlar tərəfindən imzalanıb.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR