Gəncə Dövlət Universiteti əsaslı təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.
Vahid dövlət satınalmaları portalına istinadən, tenderin qalibi “19 saylı Tikinti Təmir İdarəsi”dir.
Qalib şirkətə 8 360,6 min manat ödəniləcək.
Maraqlıdır ki, tərəflər arasında müqavilə 01 fevral 2021 tarixində dərc edilib. Lakin təmirin başlanma tarixi kimi 17 may 2019-cu il, bitmə tarixi isə 31 dekabr 2019-cu il göstərilib. Yəni bağlanan müqavilə ötən il üçün nəzərdə tutulub.