-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə zibil konteynerlərinin hər biri 438 manata alınıb

Gəncədə zibil konteynerlərinin hər biri 438 manat qiymətə alınıb.

17:04:00 | 2019-12-20

Elektron satınalma “Tikinti Bərpa Firması” MMC-ni Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi tenderinin qalibi seçib. Quba rayonundan olan şirkət məişət tullantıları konteynerlərini 438 manat 40 qəpiyə (257.8 ABŞ dolları) tədarük edəcək.

Dövlət satınalmaları reyestrinə əsasən, “Tikinti Bərpa Firması” MMC-nin tender təklifinin dəyəri 284 978.8 manat (167.6 min dollar) təşkil edib. Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi hər birinin tutumu 1,43 min litr olan 650 zibil konteyneri satın alır. Müsabiqənin şərtlərinə görə, konteynerlər bu il dekabrın 31-dək Gəncəyə çatdırılmalıdır.


ETİKET :  

Daha Çox