-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə yolların təmirinə 2 milyon vəsait yönəldiləcək

Gəncə MKT şəhərin abadlaşdırılmasına 3,5 mln. manatdan çox vəsait yönəldəcək.

00:46:18 | 2019-02-20

“Gəncə şəhər Mənzil Kommunal Təsərrüfatı” İstehsalat Birliyi şəhər ərazisində abadlıq işlərinə 3,5 mln. manatdan çox vəsait yönəldəcək.

GencePost.com İnterfax-Azərbaycan agentliyinə istinadən xəbər verir ki, «Gəncə Körpü Tikinti-2» ASC ilə ümumi dəyəri 3 mln. 508,2 min manat olan 2 müqavilə imzalanıb.

Birinci müqavilədə şəhərin küçə, prospekt və yollarının əsaslı təmiri işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Müqavilənin dəyəri 2 mln. 516,7 min manatdır.

İkinci müqavilə isə şəhər ərazisində abadlıq və quruculuq işlərinin həyata keçirilməsini nəzərdə tutur. Bu Müqavilənin dəyəri 991,5 min manatdır.


ETİKET :  

Daha Çox