Gəncədə yolların təmirinə əlavə 2 milyon manat xərclənəcək

GancaPost.info xəbər verir ki, Gəncə şəhər İcra Hakimiyyəti Gəncə şəhərində küçə və prospektlərdə yolların təmiri (abadlıq-quruculuq) işlərinin davam etdirilməsi, habelə 2020-ci il iyulun 11-də şəhərə yağan güclü leysan nəticəsində şəhərin mərkəzi küçə və prospektlərində sıradan çıxan asfalt-beton işlərinin əsaslı təmirinin (əlavə işlərlə) satın alınması tenderində iştirak edən iddiaçıların qiymət təkliflərini qiymətləndirib. Təkliflərdən sonra tenderin qalibi "ƏRDAĞI" MMC olub.

Gəncə şəhər İcra Hakimiyyəti qalib şirkətə 1 milyon 997 min 796 manat ödəyəcək.

Qeyd edək ki, "Ərdağı" MMC dəfələrlə Gəncədə buna bənzər tenderlərin qalibi olub.

Elə bu ilin aprel və iyun aylarında da Gəncə Şəhər İcra Hakimiyyəti bu MMC ilə maliyyə dəyəri 3,2 milyon (aprel ayında) və 3 milyon 175 min (iyun ayında) manatlıq müqavilə imzalayıb. Şirkət bu məbləğə Gəncədə abadlıq-quruculuq işlərini həyata keçirib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına görə, "Ərdağı" MMC 10 dekabr 1992-ci ildə yaradılıb. Nizamnamə kapitalı 10.6 AZN olan MMC-nin hüquqi ünvanı Gəncə şəhəri "Asfalt Zavod"da yerləşir. Şirkətin qanuni təmsilçisi isə Məmmədov Nazim Fuad oğludur. Açıq mənbələrdə Nazim Məmmədov barəsində hər hansı bir məlumat yoxdur.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR