Gəncədə yolların təmirinə başlanılıb

Gəncədə aparılan tikinti işlərindən biri də yolların bərpası, küçə işıqlandırılması və köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsidir.

GancaPost saytı xəbər verir ki, bununla əlaqədar olaraq Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin bir sıra ərazilərinə baş çəkib. İcra başçısı əvvəlcə N.Nərimanov prospekti boyunca görülən işlərlə maraqlanıb. Burada şəhər rəhbərinə məlumat verərək bildirilib ki, prospektdə, şəhərdaxili küçələrin yollarında köhnə asfalt qatı qazılaraq yenisi ilə əvəz olunur.

Çat olan yerlər xüsusi texnika ilə çapılaraq götürülür və həmin yerlərə xırda dənəli asfalt tökülərək üzərinə bitum vurularaq yeni asfalt örtüyü ilə üzlənir. Niyazi Bayramov prospektə görülən işlərlə ətraflı tanış olduqdan sonra yolun təmirinin keyfiyyətli aparılmasına, həmçinin küçələrdə köhnə işıq dirəklərinin yenisi ilə əvəz edilməsinə dair bir sıra tapşırıqlar verib.

Daha sonra Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov şəhərin Əttarlar küçəsi adlanan ərazisində olub. Burada sakinlərlə görüşən İcra başçısı onları narahat edən məsələlərlə yerində tanış olub. Sakinlər əsasən küçələrdə və məhəllədaxili yollarda asfalt örtüyünün olmamasından, habelə su təchizatının yaxşılaşdırlması və digər məsələlərlə bağlı müraciətlər ediblər. Sakinləri dinləyən şəhər rəhbəri mövcud problemləri araşdıraraq aradan qaldırlması üçün aidiyyatı qurumlara tapşırıqlar verib.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR