-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə yol təmirinə 4 milyon manat xərclənəcək

Gəncə Şəhər İcra Hakimiyyəti yol təmirinə 4 milyon manat xərcləyəcək.

14:49:18 | 2021-04-29

Gəncə şəhər İcra Hakimiyyətinin Mənzil-Kommunal Təsərrüfati İstehsalat Birliyi şəhərdə yolların təmiri ilə bağlı elan etdiyi açıq tenderə yekun vurub.

GancaPost.info saytı vahid dövlət satınalmaları portalına istinadən xəbər verir ki, tenderin qalibi "Gəncə Körpü Tikinti-2" ASC olub.

"Gəncə Körpü Tikinti-2" ASC Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin sifarişi əsasında Gəncə şəhərində yolları təmir edəcək və bu iş üçün 3 milyon 971 min 349 manat alacaq.


ETİKET :  

Daha Çox