-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Gəncədə yerlilər işləməsə, "Kəpəz" heç vaxt olmayacaq"

"Nizami məqbərəsini keçəndə rəqiblərin ayaqları əsirdi"

10:54:23 | 2019-08-04

AFFA-nın "Kəpəz"ə Yaşar Vahabzadəni baş məşqçi təyin etməsi gəncəlilərin etirazı ilə qarşılandı. Yerli futbol ictimaiyyətinin əsas narazılığı isə kluba gəncəli məşqçi və ya sabiq futbolçuların klubda yer almamasıdır. Baxmayaraq ki, Yaşar bəyin köməkçilərindən biri məhz gəncəli sabiq futbolçu Vidadi Rzayevdir. Artıq azarkeşlər də etiraz səslərini ucaltmağa başlayıb.
Gəncədə futbol olmadığı üçün "Qarabağ"a azarkeşlik etdiyini deyən "Kəpəz"sevər Bayram Quliyev sport7.az-a açıqlamasında bunları bildirdi:
"Kəpəz"də "Kəpəz"lik qalmayıb. Yerli oyunçu və məşqçilər yoxdur. Vidadi Rzayev futbol oynayıb. Babək Alxasov adında futbolçu isə olmayıb. Yadınızdadısa, Gəncədə "Kostya" var idi (Konstantin Abramenko) Allah rəhmət eləsin, nə qədər futbolçu yetişdirmişdi. İndi gəncəli futbolçular qalıb kənarda, ordan-burdan gətirirlər. Tofiq Məmmədov, Füzuli Allahverdiyev və sair insanlar boş qalıb. Nəyə lazımdır rəhbərliyə başqa yerdən adam təyin etsinlər? Gəncə Azərbaycanın ikinci sənaye şəhəridir, burda xeyli sayda futbolçular var. SSRİ vaxtında "Neftçi"nin 11 futbolçusundan 8-i gəncəli idi. İndi bir gəncəli tapmaq olmur. Heç olmasa Gəncədə futbolu dağıtmasınlar. Yerli rəhbərlik, məşqçilər işləməsə "Kəpəz" heç vaxt olmayacaq. Şahin Diniyevin vaxtında heç olmasa 3-4 nəfər gəncəli işləyirdi. İndi birinci divizionda hamısı gəlmədi. Özümüzünkülər qalıb ortada. Mehman Allahverdiyevin Gəncə futbolunda saçı ağarıb. İndi onu yaxına qoymurlar. Nəyə görə? Premyer Liqada olanda da heç nə etmirdilər. İslam Abbasov var idi, gəlib futbola baxıb çıxıb gedirdi.
Düzdü, sağ olsun AFFA, nəsə etmək istəyir. Amma yerli mütəxəssislərə güvənməlidilər. Futbola uşaqlıqdan marağım var. Məşqçilər, futbolçular məni tanıyır. Maşının yük yerində Gəncədən Sumqayıta "Kəpəz"lə "Qarabağ"ın oyununa baxmağa getmişəm. O vaxt bilirdim ki, hamısı gəncəlidir. Məsələn, Yunis Hüseynov kimi futbolçu oynayırdı. Maşallah Əhmədov kimi. Hansı ki, SSRİ-nin vaxtında bombardirlər syahısında olub. Bu nə sizin, nə mənim pulumdur. İmkan verin yerlilər işləsin də. "Kəpəz" AFFA-nın himayəsi altında yenə zəif olacaq. Yığmaya xorvat məşqçi gətiriblər. Onunla Qurban Qurbanov eynidi? Qurban müəllimin canı yanırdı. Xorvat isə bu gün, sabah çıxıb gedəcək. Yığmaya isə neçə xorvatlar, legionerlər gəlib. Qurban 2008-ci ildən işləyir. Onun etdikləri hamısı göz qabağındadı. Gəncədə yerli mütəxəssislər işləməlidi. Vidadi Rzayevi gətirib baş məşqçi qoymuşdular. Sonra fikirlərini dəyişdilər. Vidadi nə edəcək? O baş məşqçi olmalı idi. Düzdü Bakıdan gəlib işləyirlər, Allah xeyir versin. Amma belə davam edə bilməzlər. Bura Gəncədi, bütün azarkeşlər futbola baxmağa gəlirlər, qanıqaraçılıq etməyə deyil. Mehman Allahverdiyev "Kəpəz"i 3 dəfə çempiona edib, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. Amma kənarda qalıb. Bilsinlər ki, nə qədər Mehman Allahverdiyev olmayacaqsa, Gəncədə futbol da olmayacaq.
Bütün azarkeşlər, Gəncə futbol ictimaiyyəti Mehman Allahverdiyevi istəyir.  Çox güclü məşqçidi, işləri də göz qabağındadı. Niyə iş adamları "Kəpəz"ə yaxın durmur? Yalandan nə deyim? O vaxt var idi, indi yoxdu. Yəqin ki, yenə olar. Belə AFFA da baxır. Amma yerli mütəxəssislərə güvənmək lazımdı. Yaşar Vahabzadə azarkeşlərlə görüşməlidir. Bundan başqa, nəticə də vermək lazımdır. Şahin Diniyev həmişə görüşürdü. Gəncə Azərbaycan futbolunun beşiyidi. Əvvəllər bir komanda gəlib Gəncədə "Kəpəz"i məğlub edə bilmirdi. Nizami məqbərəsini keçəndə rəqiblərin ayaqları əsirdi. İndi sevinə-sevinə gəlirlər".


ETİKET :  

Daha Çox