-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə yataqxananı yandırıb, intihar etmək istədi

Gəncədə yataqxananı yandırıb, özünü pəncərədən atmaq istədi.

16:36:28 | 2020-09-07

Kəlbəcər rayonundan olan məcburi köçkün yaşadığı evdə intihara cəhd edib.

GancaPost.info-nun “Baku.ws”ə istinadən məlumatına görə, hadisə Gəncə şəhərinin Gülüstan qəsəbəsində Kəlbəcər rayonundan olan bir qrup məcburi köçkün ailəsinin yerləşdiyi yataqxanada baş verib.

Ruslan Orucov adlı şəxs əvvəlcə yaşadığı evi yandırmağa cəhd göstərib. Bu cəhdin qarşısı alındıqda iki mərtəbəli binanın pəncərəsinə çıxaraq özünü atmaq istəyib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları və Fövqəladə Hallar Nazirliyinin xüsusi xilasedici dəstələri cəlb olunub.

Keçirilən tədbirlərlə Fövqəladə Hallar Nazirliyinin xilasediciləri intihara cəhdin qarşısını alaraq, Ruslan Orucovu son anda xilas edə biliblər.

İlkin məlumata görə, intihara cəhd etmək istəyən şəxsin psixi problemləri var.


ETİKET :  

Daha Çox