-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə yaşayış binalarının həyəti zəbt edilir

Gəncədə yaşayış binalarının həyəti zəbt edilir - ŞİKAYƏT

16:55:45 | 2020-09-26

Gəncə şəhəri Fikrət Əmirov küçəsində yerləşən yaşayış binalarının qarşısındakı məhəllədə bir neçə fərdi ev tikilib. Bəzilərinin isə tikintisi yarımçıq dayandırılıb.

Fikrət Əmirov küçəsində yerləşən 16, 18 və 20 saylı binaların sakinləri bildirirlər ki, hətta uşaqların oynaması üçün nəzərdə tutulan ərazi də zəbt edilə bilər. Çünki bir müddət əvvəl sakinlərə bildirilib ki, həmin yerdə yeni ev tikəcək. Bu isə onların narazılığına səbəb olub.

Sakinlər qeyd ediblər ki, yaxın keçmişdə boş ərazidə nümunəvi məhəllə yaradılması planı var idi. Bu baş tutmasa da, hazırda həmin hissə məhəllə uşaqlarının yeganə oyun yeridir.

Məsələ ilə bağlı Gəncə şəhər İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin böyük məsləhətçisi Təlatüm Məmmədov XəzərXəbər-ə bildirib ki, sakinlərin müraciətindən sonra əraziyə baxış keçirilib.

Qurum rəsmisi əlavə edib ki, tikinti işlərinin aparılmayacağı ilə bağlı sakinlər məlumatlandırılıb.


ETİKET :  

Daha Çox