-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Xankəndlilərin yaşadığı ərazidəki məktəb yararsızdır

"Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb"

14:17:13 | 2021-05-04

“Ölkə olaraq bizim əsas vəzifəmizdən biri Qarabağa ləyaqətli qayıtmaq və orada yaşayışı təmin etməkdir”.
GancaPost.info-nun məlumatına görə, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tural Gəncəliyev deyib.
Deputat bildirib ki, bu xüsusda görüləcək əsas iş xüsusilə Rusiya sülhməramlıları olan ərazilərə köçürüləcək gənclərin təhsil səviyyəsini yüksəltməkdir: “Gəncədə Xankəndidən olan təxminən 200 ailə məskunlaşıb. Amma orada olan məktəb yararsız vəziyyətdədir. Qeyd etdiyim məktəbə dəyərləndirmə komissiyasının köçürülməsini və Xankəndiyə qayıdana qədər orada yaşayan xankəndililərə yeni məktəb binası verilməsini təklif edirəm”.


ETİKET :  

Daha Çox