GancaPost.info xəbər verir ki, bu il Xəzər Universitetinin Dünya Məktəbinin Gəncə şəhərində filialı fəaliyyətə başlayacaq. Artıq tədris binasında son təmir-tamamlanma işləri aparılır.
Dünya məktəbi Xəzər Universitetinin nəzdində fəaliyyət göstərən orta ümumtəhsil məktəbidir.
Qeyd edək ki, Xəzər Universitetinin Dünya Məktəbi Bakı və Sumqayıtdan sonra Gəncə şəhərində də fəaliyyət göstərəcək.