Gəncədə eyni palatada hemodializ və koronavirus xəstələri müalicə alır? - VİDEO

Gəncə şəhər Abbas Səhhət adına 1 saylı şəhər xəstəxananın hemodializ şöbəsinə gecələr koronavirus xəstələrinin yerləşdirildiyi iddia edilib.
GancaPost.info xəbər verir ki, iddianı sözügedən xəstəxananın hemodializ şöbəsində xəstə kimi müalicə alan Vüqar Məmmədəliyev adlı şəxs səsləndirib. O bununla bağlı video yayımlayıb və bildirib ki, bu hal xəstəxana rəhbərliyi tərəfindən həyata keçirilir:
"Şöbə müdiri xəstələrdən analiz götürmür, çağırırıq zala girmir. Bu azmış kimi Gəncə şəhər Səhiyyə İdarəsinin rəisi Nazim həkim və xəstəxananın hemodializ şöbəsinin müdiri Səbinə həkim gecələri bizim zala koronaviruslu xəstələri qoşur. Çağırıb müraciət edirik, şöbə müdiri bizim müraciətimizə baxmır. Çünki bizim zalda koronaviruslu və şübhəli xəstələr olur. Bundan başqa şöbəmizdə həkim də yoxdur, dərmanlar çox az verilir".
Həmin şəxs xəstəxana rəhbərliyinin bəzi işçiləri işdən uzaqlaşdırmaqla təhdid etdiyini də iddia edib:
"Tibbi personalı da məcbur edirlər ki, siz ya bu xəstələri qoşmalısınız, ya da işdən çıxardacam. Xüsusi palatalar olduğu halda dializ xəstələrinin olduğu ümumi zala qoşurlar".


XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR