Gəncədə Xədicəni himayəyə götürmək üstündə mübahisə - Açıqlama

Ermənistanın törətdiyi Gəncə təxribatı zamanı ailə üzvlərini itirən 3 yaşlı Xədicənin himayəsi ilə bağlı ata və ana qohumları arasında mübahisə yaranıb.

GancaPost.info xəbər verir ki, bununla bağlı sosial şəbəkədə görüntülər paylaşan Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə Xədicəni zorla himayəyə götürməyə çalışan əmisinin uşağın ana qohumları ilə ciddi mübahisə etdiyini bildirib.

Məsələ ilə bağlı Ombudsman Aparatıda məlumat verilib.

Bildirilib ki, ilk gündən Müvəkkilin təşəbbüsü ilə zərərçəkmiş ailə və uşaqlara ünvanlanan psixoloji konsultasiyalara Xədicə də cəlb olunub. Fəaliyyət prosesində uşağın mərhum valideynlərinin yaxın qohumlarına qanunvericiliyə uyğun olaraq qəyyumluğa götürülmə proseduru da izah edilib, hüquqi məsləhətlər verilib: "Xədicə hazırda ana tərəfindən nənə və babasının himayəsində yaşayır və yaxın qohumları onun rəsmi qəyyumluğa götürülməsi ilə bağlı Qəyyumluq və Himayəçilik orqanına müraciət ediblər. Xədicənin ata qohumları da onun qəyyumluğa götürülməsi üçün müraciət edib. Hazırda hər iki ailənin Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanına müraciəti əsasında aidiyyatı dövlət qurumlarına sorğular verilməklə müvafiq araşdırmalar aparılır. Araşdırma müddətində Xədicənin psixioloji durumu nəzərə alınaraq nənəsi Ağayeva Sevinc Bayram qızının himayəsində yaşaması Qəyyumluq və Himayəçilik orqanı tərəfindən məqsədəuyğun hesab edilib".

Ombudsman Aparatından bildirilib ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 136.1-ci maddəsinə əsasən Qəyyumluq və himayə valideynlərini itirmiş uşaqlara onların saxlanması, tərbiyə olunması, təhsil alması, habelə onların hüquq və vəzifələrinin qorunması məqsədilə müəyyən olunur. Həmin Məcəllənin 137.2-ci maddəsinə əsasən isə uşaqlara qəyyum (himayəçi) təyin edilərkən qəyyumun (himayəçinin) əxlaqı və başqa cəhətləri, onun qəyyumluq (himayə) vəzifəsini yerinə yetirə bilməsi, onun və ailəsinin uşaqla ünsiyyəti və münasibəti, habelə mümkünsə, uşağın öz arzusu nəzərə alınmalıdır:

"Uşağın ən ümdə maraqlarının təmini baxımından onun saxlanması, tərbiyə olunması, təhsil alması, habelə hüquqlarının təmini məqsədilə müraciət etmiş ən uyğun şəxs qəyyum olaraq təyin olunmalıdır. Bu baxımdan Xədicənin valideynlərinin yaxın qohumlarına səbirli olmağı və Gəncə şəhər Kəpəz rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik orqanının qəyyumluqla bağlı müvafiq qərarını gözləməyi, həmçinin bu müddət ərzində Xədicənin psixoloji sağlamlıq durumuna xələl gətirə biləcək münaqişəli hallardan uzaq durmalarını tövsiyə edirik".

Məsələ ilə bağlı açıqlama verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və Analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov bildirib ki, artıq Xədicənin himayəsi ilə bağlı işlər başladılıb:

"Sosial şəbəkələrdə yayılan görüntülər həqiqəti tam şəkildə əks etdirmir. Həmin görüntülər nə bu günün, nə də dünənindir. Bununla bağlı biz araşdırma aparmışıq. Dünən də həmin ailə ilə görüşlər keçirmişik, Xədicənin himayə və qəyyumluq məsələsi həll edilir. Hazırda ailə nəzarət altındadır. Uşağın marağı nəzərə alınmaqla bütün işlər görüləcək. Bu məsələ təkcə dövlət komitəsi tərəfindən deyil, eyni zamanda yerli icra hakimiyyəti və digər dövlət komitələri tərəfindən də həll edilir. Hazırda himayəyə götürülmə məsələləri işlənir. Hər iki tərəflə görüşü təyin edilib".

Kəpəz Rayon İcra Hakimiyyəti Aparatının Qəyyumluq və Himayəçilik Komissiyasından isə bildirilib ki, sözügedən görüntülərdən məlumatlıdırlar və bu istiqamətdə araşdırma aparılır:

"Ailələrlə görüş keçirilib və qısa zamanda Xədicənin himayə edilməsi ilə bağlı qərar veriləcək".

Qeyd edək ki, Xədicə hər iki valideynini və bacısını Ermənistanın Gəncədə dinc əhaliyə qarşı törətdiyi təxribat zamanı itirib. Bundan sonra onun himayəyə götürülməsi ilə bağlı ata və ana qohumları arasında mübahisə düşüb.

Xədicənin ana babası Nizami Ağayev "Qafqazinfo"ya bildirib ki, azyaşlı hazırda onların himayəsində qalır. "Xədicə onsuz da bu yayı bizdə qalıb. Hazırda da bizdədir. Nəvəmin bizim himayəmizə verilməsi üçün ərizə vermişik. Lakin digər tərəf də uşağı götürmək istəyir. Hələ bununla bağlı qərar verilməyib. Hər iki tərəflə maraqlanacaqlar, yəqin ki, məhkəmə olacaq, ondan sonra qərar veriləcək".

Qeyd edək ki, Xədicənin taleyi təkcə yaxınlarını deyil, bütün Azərbaycanı narahat edir.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR