Gəncədə 74 valideyn övladını məktəbə göndərmək istəmir

Təhsil Nazirliyinin yaydığı məlumata görə, ölkə üzrə ümumilikdə ibtidai təhsil səviyyəsi üzrə təhsil alan 625 394 şagirddən 7 868 nəfərin valideyni övladlarının məktəbə göndərməsini məqbul saymır. Gəncədə isə 74 valideyn övladının əyani şəkildə dərslərdə iştirakına qarşıdır.

Sentyabırın 15-dən başlayan yeni tədris ilinin qaydalarına görə, övladlarını məktəbə yola salan valideynlər məktəbin həyətinə daxil olmurlar. Hər bir şagird məktəbin həyətinə daxil olduqda sonra sosial məsafəni qorumalıdır. Hər bir müəllim təhsil ocağının həyətində ara məsafəsi saxlamaqla öz şagirdlərini sayını yoxlayır. Daha sonra isə tibb işçiləri tərəfindən şagirdlərin hərarətləri ölçüldükdən sonra əlləri spirtlənərək sinif otaqlarına keçirlər.

Koronavirus xəstəliyi ilə bağlı olaraq övladının tədris prosesində əyani şəkildə iştirakından imtina edən valideynlər isə iltizam sənədini imzalayır. Valideyn sənəddə yazılan şərtləri oxuduqdan sonra adını, soyadını, ünvanını və digər məlumatları qeyd edərək imza atır.

Məsələ ilə bağlı Gəncə şəhər Təhsil İdarəsinin məsləhətçisi Raminə Məmmədova KəpəzTV-yə bildirib ki, mütmadi olaraq Gəncə şəhər Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən ümumtəhsil məktəblərində yoxlamalar həyata keçilir. "Bununla bağlı Təhsil İdarəsində Komissiya da fəaliyyət göstərir. Komissiyanın üzvləri məktəblərdə qaydaları nəzarətdə saxlanılır. Gəncə şəhər Təhsil İdarəsinə 74 iltizam sənədi ilə müraciət olunubdur. Valideynlər övladlarının məktəbə gəlməsini təhlükəli hesab etdikləri üçün müstəqil şəkildə onların öyrənməyi daha uyğun hesab etdiklərinə görə bu iltizam sənədləri imzalanır və məktəb rəhbərliyinə, ordan da Təhsil İdarəsinə təqdim olunur.

Qeyd edək ki, Gəncənin 45 orta ümumtəhsil məktəbində 18 minə yaxın şagird ibtidai təhsil alır.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR