-- Adversting 9 --
-- Adversting 10 --

Gəncədə şəhidin xatirəsinə ehsan bulağı istifadəyə verilib

Gəncədə Vətən müharibəsi şəhidi Oqtay Məmmədovun xatirəsinə ehsan bulağı istifadəyə verilib.

12:13:08 | 2021-08-10

Gəncə şəhərində Vətən müharibəsi şəhidi Oqtay Məmmədovun xatirəsi əbədiləşdirilib. Şəhidin adını daşıyan ehsan bulağı istifadəyə verilib.

Bu münasibətlə keçirilən mərasimdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, dostları və şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər. Mərasimdə şəhid Oqtay Məmmədovun döyüş meydanında göstərdiyi şücaətdən danışılıb.

Qeyd edək ki, şəhid Oqtay Məmmədov Şuşa uğrunda gedən döyüşlərdə iştirak edərək qəhrəmancasına şəhid olub. Ölümündən sonra "Vətən uğrunda ", “Cəsur döyüşçü” və “Şuşanın azad edilməsinə görə” medalları ilə təltif olunub.


ETİKET :  

Daha Çox