-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə Uşaq evinə atılan uşaqların sayı artıb - VİDEO

Gəncədə uşaq evinə atılan uşaqların sayı artıb - VİDEO

16:27:07 | 2021-01-20

Son dövrlər Gəncə şəhər Uşaq Evinə atılan uşaqların sayı artmaqdadır. Bu gün sözügedən qurumda 64 uşaq məskunlaşıb. Dövlətin himayəsinə sığınan uşaqlar əsasən 3-18 yaşlardadır. Təkcə 2020-ci il ərzində sözügedən müəssisəyə atılan uşaqların sayı 20 nəfər olub. Bu rəqəm ötən illərlə müqayisədə daha çoxdur.

Təəssüf doğuran fakt odur ki, övladlarını uşaq evlərinə atan körpələrin əksəriyyətinin valideynləri həyatdadır, lakin illərlə uşaqlarının görüşünə gəlmirlər, maraqlanmırlar.

Müşahidələr göstərir ki, uşaq evlərinə atılan körpələr əsasən erkən yaşlı nikahlardan, qadınların aldanması və rəsmi nikah kəsdirmədən ana olan şəxslərin övladlarıdır. Hər bir halda, valideynlərin öz uşaqlarını həftədə bir dəfə də olsa görmələri mütləqdir.

Taleyin ümidinə buraxılan uşaqlar Gəncə ilə yanaşı, ətraf şəhər və rayonlardan gətirilib. Hətta ölkənin müxtəlif şəhər və rayonlarından buraya körpələr gəlir. Düzdür dövlət bu kimsəsiz uşaqları öz diqqəti və qayğısı ilə himayə edir. Lakin heç bir diqqət ata və ya ana qayğısını əvəz edə bilməz.


ETİKET :  

Daha Çox