-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə unudulan "istirahət bağı" - VİDEO

Gəncənin bir zamanlar Abbas Səhhət və ya Polkovnik İvanov adlandırılan parkı baxımsız vəziyyətdədir.

02:38:00 | 2019-07-06

GancaPost saytı xəbər verir ki, Gəncənin sol sahilində yerləşən "istirahət bağı" baxımsız vəziyyətdədir. Park 50-ci illərdə salınıb. O dövrdə əhali arasında "Abbas Səhhət" və ya "Polkovnik İvanov" Parkı adlanırdı. 90-cı illərə qədər park bağça uşaqlarının istirahət mərkəzi olub.

Parkın bəzi yerləri sanki zibilxananı xatırladır. İsti aylarda zibillərin ətrafa yaydığı üfunət qoxusundan ərazidən keçmək də olmur. Həmçinin, parkda ərazini işıqlandıracaq elektrik dirəkləri yoxdur.

Təəssüflər olsun ki, parkda şair-dramaturq Abbas Səhhətin və Polkovnik Leonid Vasilyeviç İvanovun da qəbirüstü abidəsi və ətrafı da baxımsız haldadır.

Qeyd edək ki, illərdir parkda təmir-tikinti işləri aparılmasa da, parkın yuxarı hissəsi zəbt olunaraq hasarlanıb. Ətrafda yaşayan sakinlər iddia edirlər ki, burada hansısa məmur tərəfindən obyekt tikilir.

Ümid edirik ki, müvafiq qurumlar parkın vəziyyətinə biganə qalmayacaq.

Sözügedən video materialı təqdim edirik:

 


ETİKET :  

Daha Çox