-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə traktor istehsalı dayandı

2020-ci ilin yanvar ayından Azərbaycanda traktor istehsal edilməyib.

13:16:03 | 2020-02-18

GancaPost saytı xəbər verir ki, “Marja”nın rəsmi mənbələrdən əldə etdiyi məlumata görə, Gəncə Avtomobil Zavodu yanvardan Belarus traktorlarının yığımını dayandırıb.

İstehsalın dayanmasının səbəblərindən biri traktorların satılmamasıdır. Zavodun anbarındakı 286 traktor öz müştərisini gözləyir.

Azərbaycanda traktor istehsalında tənəzzül ötən il başlayıb. Belə ki, 2019-cu ildə ölkəmizdə 905 ədəd traktor istehsal edilib. 2018-ci illə müqayisədə traktor istehsalı 30.5% azalıb.

2018-ci ildə ölkəmizdə 1303 ədəd traktor istehsal edilmişdi.

Azərbaycanda traktorların yeganə istehsalçısı Gəncə Avtomobil Zavodu 2007-ci ildən etibarən dövlət sifarişi əsasında müxtəlif modeldə traktorlar yığaraq “Aqrolizinq” ASC-yə təhvil verirdi. “Aqrolizinq” aldığı traktorları lizinq şərtləri ilə fermerlərə satırdı.

2019-cu ildən mexanizm dəyişib. Artıq texnikaların güzəştli şərtlərlə əldə edilməsini Aqrar Kredit və İnkişaf Agentliyi təşkil edir. Agentlik Gəncə Avtomobil Zavodundan və digər şirkətlərdən traktor alaraq fermerlərə satmır. İndi seçim azaddır. Fermer istədiyi təchizatçıdan (şirkətdən) texnikanı (o cümlədən traktoru) seçir, müqaviləsini bağlayır, pulunu ödəyir və sonra 40% güzəşti almaq üçün Aqrar Kredit və İnkişaf Agentliyinə müraciət edir. Yəni, 40% güzəştlə traktor alan zaman mütləq Gəncə Avtomobil Zavodunun traktorunu almaq tələbi yoxdur.

Ehtimal ki, dövlət sifarişlərinin olmaması ilə də bağlı olaraq Gəncə Avtomobil Zavodunun istehsalı azalıb. Azərbaycan bazarında müxtəlif markaların traktorları satılır və fermerlə bu traktorları da dövlətin dəstəyi ilə əldə edə bilirlər. Qısası, bazarın liberallaşması Gəncə Avtomobil Zavoduna mənfi təsir edib.


ETİKET :  

Daha Çox