-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Gəncədə torpaq davası: 1 metr torpağa görə qonşusunu öldürdü

Gəncədə torpaq üstə mübahisə ölümlə nəticələndi.

22:41:28 | 2019-10-11

Gəncədə qətl hadisəsi verib.

GancaPost saytı APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "Dəmir Yol" ərazisindəki Depo adlanan qəsəbəsində qeydə alınıb. Belə ki, şəhər sakini Akif İsmayılov 1989-cu il təvəllüdlü Zeynalabdin Kərimovla torpaq üstə mübahisə edib.

Mübahisədən sonra Akif İsmayılov öz ilə gətirdiyi qoşalülə ilə Z. Kərimova atəş açıb. Nəticədə sonuncu aldığı ağır güllə yarası ilə xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qətlə yetirilən 30 yaşlı Zeynalabdin Kərimov sözü gedən torpaq sahəsini yeni alıbmış və orda ev tikdirmək istəyirmiş. Mübahisəyə səbəb qonşusu Akif İsmayılovun onun 1 metr torpağını zəbt etməsi olub. Z.Kərimov bu gün hadisə baş verən həyətyanı sahəyə gələrək iş görmək istəyib. Bu zaman onların arasında mübahisə düşüb. A. İsmayılov onu güllələyəcəyi ilə hədələyib. Daha sonra həmin şəxs çölə çıxaraq həyətin qapısını bağlayıb, yaşadığı evdən tüfəngi gətirərək Z.Tağıyevə atəş açıb. Həyətin qapısı bağlı olduğundan Z.Tağıyev qaça bilməyib. Qonşuların sözlərinə görə, hər iki şəxsin arasında əvvəllər mübahisə olmayıb.

Hadisəni törədən A.İsmayılov ovçu imiş. O, hadisədən sonra qətli törətdiyi tüfənglə bərabər polisə gedərək təslim olub.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda araşdırma aparılır.


ETİKET :  

Daha Çox